09.08.2019

ÖTKƏM ADAM

                                                        ÖTKƏM ADAM


(“Ruhumu uçuran xatirələr” silsləsindən)
(1)
Ömür boyu adamların ötkəmliyi ilə, dikbaşlığı ilə, lovğalığı ilə, təkəbbürlüyü ilə  mübarizə aparmışam, bu sifətləri özümdən də uzaqlaşdırmağa çalışmışam, başqalarında da görmək istəməmişəm. Bunun əksinə, səmimiliyə, mehribançılığa, sadəliyə nə qədər nail olmuşam, məni tanıyanlar bilər. Amma həmişə haqsevər olmuşam, bunun ucbatından başıma min oyunlar gəlib... 
Sovet dövründə 60-cı illərdə güclü enerjili, sağlam bədənli, xəyalpərəst bir yeniyetmə idim. 13-14 yaşımdan elə bil mənə vəhy gəlmişdi: Çox çalışır, çox oxuyurdum. Çalışdıqca yorulmurdum, öhdəmə düşən hər işi səliqə-sahmanla görürdüm, tez də icra edirdim. Nə oxuyurdumsa, yaddaşıma həkk olunurdu. Məktəbdə tədris edilən fənləri ani nəzər salmaqla öyrənə bilirdim. Yoldaşlardan üstünlüyüm orasında idi ki, öyrəndiklərimi, bildiklərimi tezis halına salıb səliqə ilə nəql edə bilirdim, çünki söz ehtiyatım, natiqlik məharətim vardı. Bu da ondan yaranmışdı ki, kitabxanada kitab qalmamışdı ki, oxumayım. Hətta qonşu kənd, rayon mərkəzi kitabxanalarına gedirdim. Adını eşitdiyim kitabların sorağına düşürdüm, nə olur-olsun, əldə edirdim, o kitabı oxuyurdum. Bizim dövrümüzdə elmə-sənətə, kitaba böyük həvəs-maraq var idi. Kitabxanaçı oxuduğumuz kitabın qısa məzmununu bizə söylədirdi, kitab müzakirələri keçirirdi. Onlardan üç nəfəri heç unutmadım, rəhmətə gedəni də var, sağ qalanı da: Ağabala, Kamil, Mirzərza)
09.08.2019

ƏLİ HƏSƏNOVUN NƏVƏSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLDİ! – 2 nəfərin ölümünə səbəb olsa da, cəzası ləğv olundu!

ƏLİ HƏSƏNOVUN NƏVƏSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLDİ! – 2 nəfərin ölümünə səbəb olsa da, cəzası ləğv olundu!

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

09.08.2019

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib



Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:
Календарь
«  Август 2019  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0