/ Новости сайта / XƏBƏRLƏR / Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur
11.12.2019

Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur

Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur




Müəlliflər: Meydan TV

Narkotik maddənin pərdənin içərisində aparıldığı bildirilir

Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində “metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxacaq. “The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Sayt xəbər verir ki, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.

Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə “metamfetamin” aşkar edilib.

“Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” - NSW polisi mediaya açıqlamasında bildirib.

Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.

Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib.

O, ticari miqdarda narkotik idxalında ittiham olunub.

tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Ноябрь 2019  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0