/ Новости сайта / XƏBƏRLƏR / Bayram Səfərov: “Ermənilər Azərbaycana gəlib və gəlməlidir”
11.12.2019

Bayram Səfərov: “Ermənilər Azərbaycana gəlib və gəlməlidir”

Bayram Səfərov: “Ermənilər Azərbaycana gəlib və gəlməlidir”


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin keçmiş sədri Bayram Səfərov erməni jurnalistlərinin Azərbaycana səfərinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, B.Səfərov deyib ki, ermənilərin Bakıya səfərini aqressiv qarşılamaq doğru deyil:

 

"Ermənilər Azərbaycana gəlib və gəlməlidir. Çünki onlar gəlib Azərbaycandakı inkişafı görməlidirlər və sonra gedib öz vətəndaşlarına bunu danışmalıdırlar. Ermənilər möhtərəm Prezidentimizin rəhbərliyi altında bu gün Azərbaycanda görülən böyük quruculuq işlərini, Azərbaycan xalqına yaradılan gözəl şəraiti, Bakının və regionların inkişafını və sairə digər müsbət dəyişiklikləri görməlidir, fotolarını çəkib öz vətəndaşlarına göstərməlidir. Erməni jurnalistlər burada gördükləri inkişafı öz vətəndaşlarına çatdıranda, onlarda da dəyişiklik olacaq. Yoxsa, ermənilər Bakıya gəlməsə, bəs bütün bu inkişafı necə görəcəklər?".

 

B.Səfərov azərbaycanlı jurnalistlərin Ermənistana gözlənilən cavab səfərindən də danışıb:

 

"Siz jurnalistlər də gedib Ermənistanı görməlisiniz və onların acınacaqlı vəziyyəti ilə Azərbaycanın inkişafını müqayisə etməlisiniz. Ermənilərə isə deməlisiniz ki, bəs sizinkilər Bakıdan qayıdıb nə göstərib? Ümumiyyətlə, mən ermənilərin Azərbaycana səfərlərinin aqressiv qarşılanmasının əleyhinəyəm. Danışıqlar, gediş-gəliş hər zaman olmalıdır, onlar reallığı görməlidirlər. Qarabağlı kimi mənim şəxsi fikirlərim belədir".Demokrat.az

tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Ноябрь 2019  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0