/ Новости сайта / XƏBƏRLƏR / "Pasportlarımızda "azərbaycanlı" əvəzinə "türk", "talış", "ləzgi" yazılmasının tərəfdarıyam"
12.12.2019

"Pasportlarımızda "azərbaycanlı" əvəzinə "türk", "talış", "ləzgi" yazılmasının tərəfdarıyam"

"Pasportlarımızda "azərbaycanlı" əvəzinə "türk", "talış", "ləzgi" yazılmasının tərəfdarıyam"


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) keçmiş prezidenti, tanınmış ekspert Sabit Bağırov millət adı kimi işlənən “azərbaycanlı” ifadəsinin “türk”lə əvəz olunmasını vacib sayıb. 

“Bu, Stalin siyasətinin nəticəsidir. 1937-ci ildən- Şimali Azərbaycanda yaşayan türkləri azərbaycanlı adlandırdılar. Tarixi ədaləti bərpa etmək mümkündür”, - deyə S.Bağırov bildirib. 

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında deyib ki, cəmiyyətdə bu ideyanın tərəfdarları az deyil: “Maraqlı təklifdir. Sabit bəy kifayət qədər savadlı, bacarıqlı və məlumatlı bir şəxsdir. Onun belə həssas və önəmli məsələdə səsləndirdiyi bu fikirləri maraqla qarşıladım. Bu məsələ hər zaman ictimaiyyətdə, ziyalılar tərəfindən müxtəlif vaxtlarda gündəmə gətirilib və ən müxtəlif reaksiyalarla qarşılanıb. Kimi bu məsələni dəstəkləyib, kimi əleyhinə çıxıb. Hər kəsin də bir sıra arqumentləri olub. Amma məncə bu təklifin tərəfdarları daha çoxdur, nəinki əleyhdarları. Mən də pasportlarımızda, kimliyimizi bildirən sənədlərdə "azərbaycanlı" əvəzinə "türk", "talış", "ləzgi" və s. yazılmasının tərəfdarıyam. Çünki "azərbaycanlı" vətəndaşlığı bildirir və Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri azərbaycanlıdır. Fərqi yoxdur o türkdür, talışdır yoxsa hansı millətin nümayəndəsidir. Vətəndaş olaraq azərbaycanlıyıq, millət olaraq isə türk. Digər millətlər də öz adları ilə çağırılsın və yazılsın. Burada problemli, qəbahətli bir məqam görmürəm. Əksinə bunu təbii və normal bir proses sayıram”.

M.Göyüşlü deyib ki, bu məsələdə Stalin ənənəsinə son qoymağı vaxtı çatıb: “Xalqımızın və bir sıra xalqların cəlladı olmuş Stalinin siyasəti nəticəsində bizim türk milli kimliyimiz dəyişdirilib və "azərbaycanlı" olmuşuq. Uzun müddət SSRİ imperiyası bizə türk milli kimliyimizi yazmağa, səsləndirməyə imkan verməyib. Sonra müstəqilliyimizi qazandıq və Azərbaycanı bölüb-parçalamağa çalışan qüvvələr bu məsələləri yanlış istiqamətlərə yönləndirməyə çalışdılar. Ona görə də bu mövzu gündəmdən çıxdı, yaxud çıxarıldı. Hesab edirəm ki, hazırda Azərbaycan dövləti kifayət qədər güclüdür. Biz bu cür həssas, ideoloji sayıla biləcək mövzuları müzakirə etmək, düzgün  qərarlar vermək gücündəyik. Ona görə Azərbaycan vətəndaşı olan, ölkənin böyük çoxluğunu təşkil edən türklərin pasportunda "türk" kəliməsinin yazılmasını dəstəkləyirəm, bunu həyata keçirməyin tam vaxtı olduğunu düşünürəm”.

http://multikultural.az/az/milli-siyaset/657/pasportlarimizda-azerbaycanli-evezine-turk-talis-lezgi-yazilmasinin-terefdariyam/?fbclid=IwAR0HkDuBx1P_g4VFGFL-V_k9_c0ZSwo-nO_EqlnT4BKfnCCOX9QCZnqjHow

tolishstan.com
 

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Ноябрь 2019  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 5
Гостей: 4
Пользователей: 1
tmmrtalish