/ Новости сайта / TMMR XABARLAR / TMMR MÜHACIR HÖKÜMƏTININ KONFESIYALAR VƏ MILLƏTLƏRARASI MÜNASIBƏTLƏR NAZIRI   YUSIF SARDARZADE.
15.12.2019

TMMR MÜHACIR HÖKÜMƏTININ KONFESIYALAR VƏ MILLƏTLƏRARASI MÜNASIBƏTLƏR NAZIRI   YUSIF SARDARZADE.

TMMR MÜHACIR HÖKÜMƏTININ KONFESIYALAR VƏ MILLƏTLƏRARASI MÜNASIBƏTLƏR NAZIRI   YUSIF SARDARZADE.

Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Konfesiyalar və Millətlərarası münasibətlər nazirinin fəaliyyət istiqamətləri üzrə Konsepsiyaları (nəzəri fəaliyyət proqramı) 

Ümumi müddəalar: 

TMMR-da yaşayan hər bir xalq,-öz milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək hüququna malikdir;
MR-da hər cür imkan və resurslardan səmərəli istifadə etməklə, vətənsevərliyi aşılamaq, qanunlara və dini inanclara hörmət, tolerantlıq, millətlər arası dostluq və qarşılılıq dəyərləri inkişaf etdirilməsi, daimi diqqətdə saxlanılacaq;
MR-da irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının bərabərliyinə təminat yaradılacaq;
İnsan və vətəndaş hüquqlarını, azadlıqlarını, irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə, məhdudlaşdırmalara imkan verilməyəcək;
Hər bir vətəndaşın öz seçiminə görə, milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz;
MR-da yaşayan milli azlıqlar (tat, kürd, gilək, malakan və. s) milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqları olacaqdır;
Millətlərin kompakt yaşadığı ərazilərdə həvəskar cəmiyyətlər, milli teatrlar, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərməsinə dolğun şərait və dövləti maliyyə dəstəyi yaradılacaq. Elektron mətbuat vasitələri ilə mütəmadi olaraq, MR ərazisində yaşayan xalqların dillərində TMMR büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanacaqdır;
Dini inanclara sitayiş, vicdan azadlığına tam təminat verilməklə, dini ibadətgahların qurulmasına yardımların edilməsi diqqətdə olmaqla, bütün dinlərin qarşılıqlı hörmətinin qurulmasına, məxsusi Dövlət münasibətinin qurulacağına təminat yaradılacaq. 

Milletlərarası münasibətlərin qurulması:
Respublikanın ərazisində yaşayan xalqların hüquqları ölkə qanunları və MR-nın Konstitusiyasının müvafiq Qanun və sərəncamları ilə müəyyənləşdirilən səviyyədə ciddiyyətlə qorunması təmin ediləcək:
-MR ərazisində Konstitusiyada təsbit edilən Dövlət dili olan Azərbaycan və Talış dillərində başqa, bütün dillərdə ünsiyyət qurmaq təhsil almaq müraciətlər etmək haqlarının qorunması təmin ediləcək;
-MR ərazisində yaşayan bütün xalqların adət-ənənələrinə, dillərinə, mental dəyərlərinə qarşılıqlı hörmətin qurulmasının,Dövlət siyasəti olmasının təminatı yaradılacaq;
-Respublikada yaşayan hər bir xalqın adət-ənənəsinə uyğun saydığı bayram və digər tədbirlərinə ümumrespublika səviyyəsində qayğı və hörmətlə yanaşılmasına, məxsusi dövlət qayğısı yaradılacaq;
-Mehriban, qarşılıqlı hörmət əsasında birgəyaşayışın bütün məram və məqamlarının qurulmasına, Dövlət qayğısı yaradılacaq, Qanunlarla təminatı təmin ediləcək .

Dinlər və konfesiyalararası qarşılıqlı
Münasibətlər:
-MR ərazisində yaşayan vətəndaşların, dini etiqad və vicdan azadlığına, Qanunlarla tam təminatının qurması, təmin ediləcək;
-Hər bir konfesiyanın, özünün icma daxili adət ənənə və qaydaları ilə idarə etməsi, Ölkə və Respublika Qanunlarına ziddiyyət təşkil etmirsə, tam sərbəstliyi təmin ediləcək;
-Konfesiya, dinlər arası münasibətdə qarşılıqlı hörmət və sayğının qurulması, mühüm Dövlət siyasəti kimi, məxsusi nəzarətdə saxlanılacaq. Hər cür qarşıdurmalara cəhd, məxsusi Qanunlarla dəf edilməsi təmin ediləcək;
- Bütün dini icmaların öz ibadətgahlarını yaratmaq, tikməkdə azad olmaqla, məxsusi Dövlət qayğısını hiss edəcəklər;
-Dövləti idarəçilik işlərində dinlərin, konfesiyaların iştirakına heç vəchlə imkan verilməyəcək, dinin Dövlətdən ayrı olmasına məxsusi diqqət veriləcək. 

Millətlər və Konfesiyalar üzrə TMMR naziri  Yusif Sardarzade.

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Ноябрь 2018  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0